NATO-nun təlim qrupu Bakıda seminar keçirir

19-09-2017, 12:11
Oxunub: 356
Silahlı Qüvvələrin müxtəlif qoşun növlərindən hərbi qulluqçular iştirak edir


NATO-nun Brunssum Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu tərəfindən Bakıda “Maddi-texniki təminatın əsasları” mövzusunda seminar keçirilir.  

Etatist.com-un Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, tədbir müddətində NATO nümayəndə heyəti tərəfindən iştirakçılara “Maddi-texniki təminatın əsasları”, “Əməliyyatlarda maddi-texniki təminatın planlaşdırılması” və digər mövzular barədə məlumatlar veriləcək, eləcə də müxtəlif məşğələlər təşkil olunacaq.

Sentyabrın 22-dək davam edəcək tədbirdə Silahlı Qüvvələrin müxtəlif qoşun növlərindən hərbi qulluqçular iştirak edir.

Qeyd edək ki, seminar Müdafiə Nazirliyinin NATO ilə 2017-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə əməkdaşlıq proqramına əsasən keçirilir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti