Yaponiyada güclü tayfun səbəbindən 600-ə yaxın aviareys təxirə salınıb

17-09-2017, 13:07
Oxunub: 265
Ölkənin şimal-şərqində yerləşən bir sıra regionların sakinləri xüsusi hazırlanmış yerlərə təxliyyə olunublar


Yaponiya aviaşirkətləri ölkəyə yaxınlaşmaqda olan güclü "Talim" tayfunu səbəbindən reyslərin cədvəlində dəyişiklik etmək məcburiyyətində qalıblar.

Report xəbər verir ki, yerli NHK telekanalının məlumatına görə, hazırda 570-dən çox reys təxirə salınıb.

Bundan əlavə, tayfun keçib gedənə qədər Kumamoto və Kaqosimo şəhərləri arasında ekspresslərin hərəkəti dayandırılıb.

Ölkənin şimal-şərqində yerləşən bir sıra regionların sakinləri xüsusi hazırlanmış yerlərə təxliyyə olunublar.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti