Ərdoğan BMT Baş Assambleyasında çıxış edəcək

17-09-2017, 12:31
Oxunub: 650
Türkiyə prezidenti D. Trampla keçirəcəyi görüşə böyük önəm verdiyini söyləyib


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 19-da BMT Baş Assambleyasında çıxış edəcək.

APA-nın məlumatına görə, R. T. Ərdoğan bunu bu gün ABŞ-a səfərindən öncə Atatürk havalimanında keçirdiyi mətbuat konfransında bildirib.

Türkiyə prezidenti BMT Baş Assambleyasındakı çıxışında diqqəti Myanmada müsəlmanların durumuna, Suriya və İraq probleminə yönəltməyə çalışacaq, BMT Təhlükəsizlik Şurasının yeni formatda təşkilinin vacib olduğunu bir daha vurğulayacaq. R. T. Ərdoğan Nyu-Yorkda olduğu müddətdə ABŞ prezidenti Donald Tramp başda olmaqla, bir sıra dövlət və hökumət başçıları ilə görüşəcəyini də qeyd edib. Türkiyə prezidenti dünyada və bölgədə həssas bir dönəmdə D. Trampla keçirəcəyi görüşə böyük önəm verdiyini söyləyib. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti