ABŞ İrana qarşı əlavə sanksiyalar tətbiq edib

15-09-2017, 12:24
Oxunub: 125
Bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında bildirilir


ABŞ  İranın 7 vətəndaşı və iki şirkətinə qarşı sanksiyalar tətbiq edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında bildirilir.

“Bu tədbirlər hökumətin kütləvi qırğın silahının yayılmasına qarşı yönəlmiş 13382 saylı sərəncamına uyğun olaraq görülüb”, - deyə sənəddə bildirilir.

Sanksiya siyahısına daxil edilən fiziki şəxslər və şirkətlər İranın ballistik proqramına maliyyə, texnoloji və digər səviyyədə dəstək göstərməkdə, habelə kibercinayətlərdə ittiham olunurlar. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti