NATO-nun baş katibi Türkiyənin Rusiyadan “S-400” raketləri almasına münasibət bildirib

14-09-2017, 13:25
Oxunub: 295
NATO-ya üzv olan hər müttəfiq ölkə alacağı avadanlıq və qurğu haqda qərarı özü qəbul edir


“Bu, Türkiyənin qərarıdır, ölkənin milli qərarıdır”.

Report "RİA Novosti”yə istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yan Stoltenberq Türkiyənin Rusiyadan “S-400” zenit-raket kompleksi almasını şərh edərkən deyib.

Baş katib vurğulayıb ki, NATO-ya üzv olan hər müttəfiq ölkə alacağı avadanlıq və qurğu haqda qərarı özü qəbul edir. 

Qeyd edək ki, Türkiyə Rusiyadan “S-400” zenit-raket kompleksinin alınması ilə bağlı müqavilə imzalayıb və beh verib. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti