Bu gün nələr baş verib? - Günün icmalı

13-09-2017, 19:42
Oxunub: 28
Ermənistan silahlı qüvvələri bu gün səhər saatlarından Azərbaycanın işğal altında olan Ağdam rayonunda növbəti irimiqyaslı təlimlərə başlayıb


Etatist.com 13.09.2017 tarixində ölkədə baş verən hadisələrin qısa icmalını təqdim edir:

Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok matçını keçirib. Ağdam təmsilçisi ölkə futbolu tarixində ilk dəfə Çempionlar Liqasının əsas mərhələ matçına çıxıb.
Bunadək qitənin ən nüfuzlu klub turnirinin yalnız təsnifat mərhələlərində təmsil olunan Azərbaycanın qrupdakı debütü Londonda gerçəkləşib. C qrupunda mübarizə aparan “Qarabağ” I turda “Çelsi” ilə üz-üzə gəlib.


Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 130 dəfə pozub.
Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan, İcevan rayonunun Paravakar kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Fərəhli, Cəfərli kəndlərində, Berd rayonunun Mosesqex, Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Muncuqlu, Qaralar kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.


Ermənistan silahlı qüvvələri bu gün səhər saatlarından Azərbaycanın işğal altında olan Ağdam rayonunda növbəti irimiqyaslı təlimlərə başlayıb.
Bağmanlar adlanan ərazidə keçirilən təlimlərdə ağır artilleriyadan, zirehli texnikalardan istifadə olunur.

Xarici işlər naziri Elmar Məmmədyarov Vyetnam Sosialist Respublikasına rəsmi səfəri çərçivəsində Vyetnamın sənaye və ticarət naziri, Azərbaycan-Vyetnam Hökumətlərarası Birgə Komissiyanın həmsədri Tran Tuan Anhla görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, səfərdə Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının üzvü Rauf Əliyev də iştirak edir. Görüşdə ölkələr arasında əməkdaşlığın yüksək səviyyədə olduğu qeyd edilərək, 2014-cü ildə Azərbaycan prezidenti İlham Əliyevin Vyetnama dövlət səfərinin, 2015-ci ildə isə Vyetnam Sosialist Respublikasının keçmiş prezidenti Çıonq Tan Şanqın Azərbaycana rəsmi səfərinin ikitərəfli münasibətlərin inkişafına təkan verdiyi diqqətə çatdırılıb.


Dövlət Mülki Aviasiya Administrasiyasının və “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mütəxəssisləri tərəfindən “Pilotsuz mülki uçuş aparatlarının istifadəsi Qaydaları”nın layihəsi hazırlanıb.
Administrasiyadan verilən məlumata görə, sözügedən layihə pilotsuz mülki uçuş aparatlarının idarə edilməsi tələblərini, habelə təhlükəsizlik və əməliyyat standartlarını və şərtlərini özündə ehtiva edir.


Yay mövsümünün başa çatması, xüsusən yeni tədris ilinin başlanması ilə əlaqədar "Bakı Metropoliteni" QSC artan sərnişin axını, mövsümün tələbləri nəzərə alınaraq, sərnişindaşıma qabiliyyətini artıraraq qatarlardan səmərəli istifadə etmək, həmçinin sərnişinə xidmət mədəniyyətinin səviyyəsini yüksəltmək məqsədilə qatarların yeni hərəkət cədvəlinin tətbiqinə başlanılacaq.
"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevin verdiyi məlumata görə, qurumun sədri Zaur Hüseynovun əmrinə əsasən, payız-qış mövsümünün tələbləri nəzərə alınaraq, sentyabrın 18-dən metropolitendə qatarların hərəkətinin yeniləşmiş qrafiklə tənzimlənməsinə keçiləcək.


Yaponiyanın baş naziri Şinzo Abe Yaponiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib.
Məktubda deyilir: “Yaponiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Regionları birləşdirmək, kənd təsərrüfatının və turizmin inkişafı baxımından xüsusi əhəmiyyətə malik Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Müşviq qəsəbəsindən keçən 1,9 km-lik hissəsinin 2 hərəkət zolağından 6 hərəkət zolağı enində genişləndirilərək tikintisi işləri yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb.
"Azəravtoyol" ASC-dən verilən məlumata görə, layihə sözügedən yolun 23.3 - 25.1-ci km-lik (1.85 km) hissəsini əhatə edir və icrasına ötən ilin avqust ayında start verilib.


Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti