Moskvada Azərbaycan stendini 1000-dən çox şirkətin nümayəndəsi ziyarət edib

13-09-2017, 18:54
Oxunub: 29
Xarici şirkət nümayəndələri yerli məhsullarımızın ixrac imkanları ilə maraqlanıblar


“Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisində ölkəmizin “Made in Azerbaijan” vahid ölkə stendinə sərgi ziyarətçiləri və tədbir iştirakçısı olan ölkələrin şirkətləri tərəfindən böyük maraq göstərilir.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, sərginin ilk 2 günü ərzində Rusiya Federasiyası və tədbir iştirakçısı olan digər ölkələrin 1000-dən şirkətinin nümayəndəsi Azərbaycan pavilyonunu ziyarət edib.

“Made in Azerbaijan” vahid ölkə stendini ziyarət edən xarici şirkət nümayəndələri yerli məhsullarımız, onların istehsal və hazırlanma texnologiyası, ixrac imkanları ilə maraqlanıb, əməkdaşlığa dair müzakirələr aparıblar.

Qeyd edək ki, Azərbaycanın eksklüziv partnyor olduğu “Worldfood Moscow” Sərgisində ölkəmizin 30-dan çox ixracatçı şirkətinin istehsalı olan meyvə şirələri, təbii mineral sular, şərab və spirtli içkilər, meyvə-tərəvəz, süd məhsulları, çay, fındıq, qənnadı məmulatları və konservləşdirilmiş qidalar nümayiş olunur.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti