Bakıda beynəlxalq caz festivalı keçiriləcək

13-09-2017, 18:21
Oxunub: 62
Festival oktyabrın 25-də "Elektra Events Hall"da baş tutacaq


Azərbaycan və Fransa arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə "Bakı Beynəlxalq Caz festivalı 2017" olacaq.

Fransa səfirliyindən APA-a verilən xəbərə görə, festival Fransanın Azərbaycandakı Səfirliyi və  Azərbaycandakı Fransız İnstitutunun təşkilatçılığı ilə keçiriləcək.

Festival oktyabrın 25-də "Elektra Events Hall"da baş tutacaq.

Festival çərçivəsində fransız akkordeon ifaçısı Rişar Qalyanonun eksklüziv konserti təşkil olunacaq. İfaçını Yalçın Adıgözəlovun rəhbərliyi altında Bakı Simfonik Orkestrı müşaiət edəcək.
 
Biletlərin qiyməti 50-400 AZN arası təşkil edir. Biletləri onlayn şəkildə almaq üçün https://iticket.az/ru/categories/jazz-festivallinkindən istifadə etmək olar.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti