Jan Klod Yunker: "Aİ və Avropa Komissiyası sədrlərinin vəzifələri birləşdirilməlidir"

13-09-2017, 16:57
Oxunub: 17
“Bu təklif məmnuniyyətlə, sıx və qarşılıqlı əməkdaşlıq şəraitində birgə işlədiyim dostum Donald Tuska yönəlik deyil"


“Avropa İttifaqı Şurası və Avropa Komissiyası sədrlərinin funksiyaları birləşsə, Avropa İttifaqının effektivliyi artar”.

APA-nın “İnterfax” agentliyinə istinadən verdiyi xəbərə görə, bu bəyanatla Avropa Komissiyasının sədri Jan Klod Yunker Avropa Parlamentinin bugünkü iclasında çıxış edib.

“Bu təklif məmnuniyyətlə, sıx və qarşılıqlı əməkdaşlıq şəraitində birgə işlədiyim dostum Donald Tuska yönəlik deyil. Bu təklifin nə mənə, nə də ona aidiyyəti var”, - deyə o bildirib.

Yunker qeyd edib ki, Avropa gəmisi bir kapitan tərəfindən idarə olunarsa, Avropanın mənzərəsi daha aydın olar: “Avropa İttifaqının icra hakimiyyətinə bir nəfərin rəhbərlik etməsi İttifaqın eyni anda həm dövlətlərin, həm də vətəndaşların birliyi kimi əsl mahiyyətinə daha yaxşı təsir göstərmiş olardı”. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti