Azərbaycanın Tatarıstandan aldığı taxılın həcmi açıqlanıb

13-09-2017, 16:07
Oxunub: 59
Hazırda yem taxılının alınması məqsədilə müqavilələr hazırlanır


Bu il Azərbaycan, İran və Volqa Federal Dairəsi Tatarıstandan 150 min ton yem taxılı alacaq.

Report-un "Biznes novosti" saytına istinadən verdiyi məlumata görə, hazırda yem taxılının alınması məqsədilə müqavilələr hazırlanır.

Qeyd edək ki, Tatarıstan artıq 4,2 mln. ton taxıl toplayıb. Daha 300 min ha sahədən də taxıl yığılması gözlənilir. Bununla belə, Tatarıstanın daxili tələbatı 3,5 mln. ton taxıl təşkil edir. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, taxıla tələbat yetərli olmadığına görə, 1 mln. ton məhsulun satışı reallaşdırılmayacaq.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti