Kartel üzvü olmayan ölkələr Azərbaycanın hesabına OPEC+ razılaşmasına 118% əməl edib

13-09-2017, 14:11
Oxunub: 58
Bu, planın 105% səviyyəsində əməl olunduğundan xəbər verir


OPEC-ə üzv olmayan ölkələr Azərbaycan və Qazaxıstanın hesabına neft hasilatının azaldılmasına dair razılaşma üzrə plana 118% əməl ediblər.

"APA-Economics" xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (International Energy Agency, IEA)  sentyabr ayı üzrə hesabatında deyilir.

Sənəddə qeyd edilib ki, avqustda sutkalıq hasilatı 30 min barrel (kvota 20 min barrel) azaldan Qazaxıstan plana təxminən 3 dəfədən çox əməl edib. Azərbaycan isə avqustda sutkalıq hasilatı 78 min barrel azaldıb ki, bu da 54 min barrel həcmində olan kvotadan 24 min barrel çoxdur.

Ötən ay Meksikada sutkalıq hasilat 170 min barrel səviyyəsində olub. Razılaşmaya əsasən, Latın Amerika ölkəsi sutkada 100 min barrel neft hasil edə bilər.

Sutkalıq hasilatla bağlı 300 min barrel həcmində olan kvotaya əməl etməli olan Rusiya avqustda sutkada 316 min barrel neft hasil edib ki, bu da planın 105% səviyyəsində əməl olunduğundan xəbər verir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti