Gürcüstan azərbaycanlıları Myanmar hadisələri ilə bağlı etiraz aksiyası keçirib

13-09-2017, 14:09
Oxunub: 18
Aksiyanın sonunda qətnamə qəbul olunub


Gürcüstan azərbaycanlıları Tbilisidə parlament binasının qarşısında Myanmarda müsəlmanların kütləvi qətlə yetirilməsinə etiraz olaraq aksiyası keçiriblər.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri Seyid Mirtağı Musəvi Myanmarda müsəlmanlara qarşı zorakılığa son qoymağa, dünya ictimaiyyətini diqqətini bu faciəyə yönəltməyə çağırıb.

Aksiyaya Gürcüstanın azərbaycanlıların sıx yaşadıqları Marneuli və Qardabani rayonlarından da vətəndaşlar və din xadimləri qatılıb. Aksiya iştirakçıları "Myanmarda müsəlmanların soyqırımına yox" şüarı səsləndiriblər. 

Aksiyaya Gürcüstan Yevangelist-baptist kilsəsinin yepiskopu Malxaz Sonqulaşvili də qatılıb. O, Myanmardakı hadisələri kəskin pisləyib.

Aksiyanın sonunda qətnamə qəbul olunub.

Sənəd BMT-nin Gürcüstandakı nümayəndəliyinə təqdim ediləcək.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti