Səfir: "Ərdoğanın Azərbaycana səfərinin tarixi hələlik dəqiqləşməyib"

13-09-2017, 12:52
Oxunub: 40
Ənənəvi müzakirələrin aparılması isə sentyabrın 19-dan 25-dək nəzərdə tutulur


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan səfərinin tarixi hələlik dəqiqləşməyib.

APA-nın xəbərinə görə, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib. 

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ərdoğanın BMT Baş Assambleyasının iclasından sonra Azərbaycana gələcəyini bildirmişdi.

BMT Baş Assambleyasının 72-ci sessiyasının rəsmi açılışı sentyabrın 12-də Nyu-Yorkda keçiriləcək.

Ənənəvi müzakirələrin aparılması isə sentyabrın 19-dan 25-dək nəzərdə tutulur.

Ərdoğan 19-25 sentyabrda keçiriləcək müzakirələrdə iştirak edəcək.

Türkiyə prezidentinin Azərbaycana səfəri sentyabrın 10-11-nə nəzərdə tutulsa da, sonradan təxirə salınmışdı.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti