Erməni silahlı qüvvələri işğal altında olan Azərbaycan ərazilərində təlimlərə başlayıb

13-09-2017, 12:49
Oxunub: 34
Atəş səsləri Ağdamın işğal altında kəndlərində, ətraf Ağcabədi və Bərdə rayonlarında aydın eşidilir


Ermənistan silahlı qüvvələri bu gün səhər saatlarından Azərbaycanın işğal altında olan Ağdam rayonunda növbəti irimiqyaslı təlimlərə başlayıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Bağmanlar adlanan ərazidə keçirilən təlimlərdə ağır artilleriyadan, zirehli texnikalardan istifadə olunur.

Ağır artilleriyadan açılan atəş səsləri Ağdamın işğal altında kəndlərində, ətraf Ağcabədi və Bərdə rayonlarında aydın eşidilir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti