Sumqayıtın təbii qaz təchizatında məhdudiyyət olacaq

12-09-2017, 19:37
Oxunub: 478
Binəqədi rayonunun bir hissəsinin qaz təchizatına da təsir göstərməsi mümkündür


Orta təzyiqli qaz kəmərinin kipliyə sınaq olunması və qaz xətti üzərində quraşdırılan siyirtmənin təmiri ilə əlaqədar, 13 avqust 2017-cı il tarixdə saat 10:00-dan işlər yekunlaşanadək Sumqayıt şəhərinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

“Azəriqaz” İB-dən “APA-Economics”ə verilən məlumata görə, aparılan təmir işlərinin Binəqədi rayonunun bir hissəsinin qaz təchizatına da təsir göstərməsi mümkündür.

“Görülən işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcəkdir və yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir”, - deyə məlumatda vurğulanıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti