Azərbaycan bu il 225 mln. dollarlıq neft məhsulları ixrac edib

12-09-2017, 18:33
Oxunub: 472
Neft məhsulları bu ilin ilk 8 ayında Azərbaycanın ümumi ixracının 3,11%-ni təşkil edib


Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan 583,653 min ton həcmində neft məhsulları ixrac edib.

Report-un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda neft məhsullarının dəyəri 224,906 mln. dollar təşkil edib.

Hesabat dövründə ixrac olunan neft məhsullarının miqdarı ötən ilin müvafiq dövründən 41%, dəyəri isə 5% az olub.

Neft məhsulları bu ilin ilk 8 ayında Azərbaycanın ümumi ixracının 3,11%-ni təşkil edib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti