“Azərbaycan Dəmir Yolları” gücləndirilmiş iş rejimində çalışacaq

11-09-2017, 14:42
Oxunub: 216
Əlavə vaqonlara bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir


“Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları departamentinin kollektivi 15 sentyabr  - Yeni dərs ili ərəfəsində gücləndirilmiş iş rejimində çalışacaq.

“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın “APA-Economics”ə verdiyi məlumata görə, departamentin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində ciddi işlər görür. Yeni dərs ili ərəfəsində,  sərnişin sıxlığının artması ilə əlaqədar,  ölkə daxilində hərəkət edən sərnişin qatarlarına tələb olunan sayda vaqonun qoşulması təmin edilir.

“Bir daha sərnişinlərin nəzərinə çatdırırıq ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir”, - deyə məlumatda qeyd olunub. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti