İƏT ilə Türk Şurası arasında anlaşma Memorandumu imzalanıb

10-09-2017, 17:17
Oxunub: 287
Memorandum Türk Şurasının İƏT-ə müşayiətçi statusu ilə üzvlüyünə əsas verir


Astanada İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) arasında Anlaşma Memorandumu imzalanıb.

Türk Şurası katibliyindən APA-ya verilən məlumata görə, Memorandum İƏT-in elm və texnologiya üzrə birinci Sammiti çərçivəsində İƏT baş katibi Yusif Əl-Osaymin və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov tərəfindən imzalanıb.

İki təşkilat arasında əməkdaşlıq əlaqələrini möhkəmləndirəcək memorandum, həmçinin Türk Şurasının İƏT-ə müşayiətçi statusu ilə üzvlüyünə əsas verir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti