“İrma” qasırğası Floridaya çatıb

10-09-2017, 12:35
Oxunub: 191
200 min ev elektrik enerjisi təchizatından məhrum qalıb


“İrma” qasırğası ABŞ-ın Florida ştatının sahillərinə çatıb.

APA-nın “Alman dalğası” radiosuna istinadən verdiyi məlumata görə, sentyabrın 9-da axşam saatlarında sürətli saatda 120 kilometrə çatan külək və leysan yağışla müşayiət olunan qasırğa Florida-Kis arxipelağında 200 min evin elektrik enerjisi təchizatından məhrum qalmasına səbəb olub.

Bu gün Floridanı vuracaq qasırğa ilə əlaqədar 6 milyon insana evlərini tərk etmək məsləhət görülüb. Bu, ştat əhalisinin 30 faizidir. “İrma” qasırğası Kubanı keçdikdən sonra 5 baldan 4 bal gücünə ensə də, qasırğanın yenidən güclənərək 5 bal səviyyəsinə çatacağı istisna edilmir. Qasırğanın Floridanın qərb sahillərində daha ciddi dağıntılara yol açacağı gözlənilir. Bəzi rayonlarda dalğaların hündürlüyü 4,5 metrə çatıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti