Ölkə kamera nəzarətindədir

10-12-2012, 13:02
Oxunub: 1251


İndi ölkədə müzakirə edilən əsas məsələlərdən biri yol polisinin patrul xidməti avtomobillərinə videokamera və səs qurğuları yerləşdirilməsidi. Bu tərəflər arasında gedən dialoqun hər saniyəsini canlı sübuta çevirir. Bununla rüşvətin qarşısının alınmasının məqsəd olduğunu bildirən yetkililərin açıqlamalarına nə qədər güvənmək olduğu böyük sual altındadır.
Ölkə kamera nəzarətindədir.
Biz şəhərin bütün yollarında, işıqforların yaxınlığında mərkəz küçələrində kameraların quraşdırıldığını bu gün görməkdəyik. Bunun nədən qaynaqlandığını araşdırdıqda maraqlı faktlarla qarşılaşmış olduq. Ekspertlərin fikrincə bu ölkədə ki, nterror təhlükəsinin qarşısının alınması üçün nəzərdə tutulub. Lakin kameralarla terrorizmin qarşısının alınmasının mümkün olub olmayacağı əlbətdəki böyük sual altındadır. Amerika Birləşmiş Ştatlarında belə bu effektivliyini göstərməyibdir. O, zaman nədən biz küçələrə bütövlükdə ölkə vətəndaşlarının həyatını hardasa tam izləməyə almışıq?
Kameralar kimin nəzarətindədir DİN-inin yoxsa FHN-inin?
Bilindiyi kimi, yollar üzərində avtomobil yol hərəkət qaydaları pozulduqda DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən nəzarətə alınsada ölkədəki bütün kameraların əslində Fövqaladə Hallar Nazirliyinin balansında olmağı bildirilməkdədir. 
Bu kameralar nəyə və kimə lazımdır?
İddialara əsasən, bu əslində izləmə mexanizmidir. Bu kamera vasitəsi ilə istənilən vətəndaş gərəkdiyi halda tam hərəkəti nəzarətə götürülmə ilə yanaşı, görüşdüyü adamlarında şəxsiyyətinin məlum edilməsi mümkündür.
Məsələylə bağlı hüquqşünas İntiqam Əliyev Etatist.com-a açıqlamasında, belə metodların rüşvətin qarşısını almayacağını dedi: "Ölkədə korrupsiya təkcə qazanc yeri deyil, həm də idarə sistemidir."

Maşınlarda və yollarda kamera quraşdırılmasının sadəlövhlük olduğunu vurğulayan hüquqşünas, məhkəmələrdə də kameraların olduğunu və bunun rüşvətin qarşısını almadığını bildirib. "Əgər məmur, prokuror, nazir oğlu qaydaları pozursa və buna görə cərimələndirilmirsə, o halda kameraların orda yerləşdirilməsinin də bir əhəmiyyəti qalmır".

Belə kameraların əksər ölkələrdə olduğunu və məmurla vətəndaş arasında mübahisə düşəndə sübut kimi istifadə olduğunu dedi. "Pozuntunu sübut etmək polisin vəzifəsidir. Bu Azərbaycanda heç bir işə yaramaz. Çünki, ölkədə istənilən vaxt o çəkilişləri silə də bilirlər, məhv eləyə də bilirlər, məhkəmədə tələb olunanda verməyə də bilirlər." İntiqam Əliyev belə deyib.
Yollarda "terror əlehinə" quraşdırılmış kameralar barəsində isə "İnsanlar kameraların quraşdırılmısnı birmənalı qəbul eləmirlər. Kameraları quraşdırmaqda məqsəd, təhlükəsizliyimizi təmin etmək deyil, cəmiyyətə nəzarət etməkdir".

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti