"İrma" qasırğası qurbanlarının sayı 22-yə çatıb

9-09-2017, 12:27
Oxunub: 303
Ölənlərin sayının artması istisna olunmur


Karib adalarında "İrma" qasırğası qurbanlarının sayı 22-yə çatıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Sen-Marten və Sen-Bartelmi adalarında 11, Vircin adalarında 8, Antiqua və Barbuda, Anqilya və Barbadosda 1 nəfər həyatını itirib. Ölənlərin sayının artması istisna olunmur.

Hazırda qasırğanın sürəti saniyədə 70 metrə çatır. “İrma” qasırğasının sentyabrın 10-da ABŞ-ın Florida ştatı sahillərinə çatacağı gözlənilir. Qasırğanın yaxınlaşması ilə əlaqədar Floridada 650 min insan təhlükəsiz ərazilərə təxliyə edilir. Qeyd edək ki, “İrma” son 10 ilin ən güclü qasırğası sayılır.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti