İtaliya prezidentini seçdi

21-04-2013, 21:07
Oxunub: 820


Napolitano yenidən İtaliyanın prezidenti seçilib.

Corcio Napolitano yenidən İtaliyanın prezidenti oldu.AzVision.az-ın İnterfaksa istinadən verdiyi xəbərə görə, İtaliya parlamentinin üzvlərinin səsverməsinin 6-cı turunda Corcio Napolitano ölkənin prezidenti seçilib.

O, bir müddət öncə prezidentliyə namizədliyini irəli sürməyəcəyini bildirsə də, edilən müraciətlərdən sonra bu gün prezidentliyə namizədliyini irəli sürüb.

"Hesab edirəm ki, hazırki vəziyyətdə namizədliyimi irəli sürməyim vacibdir." - deyə Napolitano bildirib.

Qeyd edək ki, səsvermələrin əvvəlki mərhələlərində namizədlərin heç biri lazım olan səsləri toplaya bilməyiblər.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti