Elmar Məmmədyarov Macarıstanın yeni səfirini qəbul edib

7-09-2017, 19:45
Oxunub: 52
Elmar Məmmədyarov səfir Viktor Szederkeniyə diplomatik fəaliyyətində uğurlar arzulayıb


Xarici işlər naziri Elmar Məmmədyarov Macarıstanın Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Viktor Szederkenini qəbul edib.

XİN-dən APA-ya verilən məlumata görə, görüşdə səfir Viktor Szederkeni etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

Viktor Szederkeni ölkəsinin enerji, nəqliyyat, turizm, mədəniyyət və digər sahələrdə Azərbaycanla əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edərək, diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməcəyini bildirib.

Elmar Məmmədyarov səfir Viktor Szederkeniyə diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti