Nazir: "Ərdoğan Azərbaycana sentyabrın sonunda səfər edəcək"

6-09-2017, 13:45
Oxunub: 121
Ənənəvi müzakirələrin aparılması isə sentyabrın 19-dan 25-dək nəzərdə tutulur


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin təxmini vaxtı məlum olub.

APA-nın məlumatına görə, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Bakıda keçirilən görüşdə bildirib ki, səfər BMT Baş Assambleyasının sessiyasından sonra baş tutacaq.

Qeyd edək ki, BMT Baş Assambleyasının 72-ci sessiyasının rəsmi açılışı sentyabrın 12-də Nyu-Yorkda keçiriləcək.

Ənənəvi müzakirələrin aparılması isə sentyabrın 19-dan 25-dək nəzərdə tutulur.

Ərdoğan 19-25 sentyabrda keçiriləcək müzakirələrdə iştirak edəcək.

Türkiyə prezidentinin Azərbaycana səfəri sentyabrın 10-11-nə nəzərdə tutulsa da, sonradan təxirə salınmışdı.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti