Bakıda Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin görüşü keçirilir

6-09-2017, 13:17
Oxunub: 332
“2017-2019-cu illərdə üçtərəfli əməkdaşlıq planı” imzalanacaq


Bakıda Gürcüstan xarici işlər naziri Mixeil Canelidze ilə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu arasında görüş keçirilir.

Etatist.com-un məlumatına görə, görüş Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin 6-cı üçtərəfli görüşü çərçivəsində baş tutub.

Qeyd edək ki, 6-cı üçtərəfli görüşdə əvvəlki görüşlərdə qəbul olunmuş qərarlar nəzərdən keçiriləcək, 3 ölkənin iştirakı ilə regional əməkdaşlıq məsələləri müzakirə olunacaq və sonda “2017-2019-cu illərdə üçtərəfli əməkdaşlıq planı” imzalanacaq.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti