Sabah “Ukrtransnafta” 12 min ton “Azeri Light” markalı nefti hərraca çıxaracaq

4-09-2017, 15:01
Oxunub: 340
“Hazırda Kremençuq zavodunda 37 min ton “Azeri Light” markalı əmtəə nefti saxlanılır


Ukraynanın “Ukrtransnafta” şirkəti sentyabrın 5-də “Ukrayna Energetika Birjası”nda 12 min ton “Azeri Light” markalı nefti hərraca çıxaracaq. “APA-Economics”in “enkorr.com.ua” saytına istinadən verdiyi məlumata görə, bu barədə “Ukrayna Energetika Birjası”nın ticarət bülletenində bildirilib.

Əvvəl olduğu kimi, hərrac diferensial rejimdə keçiriləcək. Həcm 2 min və 10 min ton olmaqla iki lota bölünüb. Azərbaycan nefti Kaqamlık dəmiryolu stansiyasında (Kremençuq Neft Emalı Zavodu) FCA (Free Carrier) şərtləri ilə satılır. Resurs sentyabrın 14-dən oktyabrın 14-dək daşınacaq.

“Ukrtransnafta”nın baş direktorunun birinci müavini Andrey Pasişnik bildirib ki, sentyabr ayı ərzində isə “Ukrtransnafta” Kremençuq NEZ-də saxlanılan 37 min ton həcmindəki “Azeri Light” markalı neftin hamısını satışa çıxarmağı planlaşdırır.

“Hazırda Kremençuq zavodunda 37 min ton “Azeri Light” markalı əmtəə nefti saxlanılır. Səhmdarların yığıncağında alınan qərara əsasən bu həcmi satmalıyıq. Bütün həcmin sentyabr ayı ərzində satışa çıxarılması nəzərdə tutulur. Buna görə də hər həftə 12 min, 12 min, 13 min ton olmaqla bütün həcmi birjaya çıxarmağı planlaşdırırıq”, deyə Pasişnik qeyd edib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti