Fransada güclü meşə yanğını başlayıb

3-09-2017, 13:51
Oxunub: 176
Gecə vaxtı olduğundan yanğınsöndürən helikopter və təyyarələrin cəlb edilməsi mümkünsüzdür


Fransanın cənub-şərqindəki Var departamentində güclü meşə yanğını başlayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, yanğının söndürülməsində 5 yanğınsöndürmə briqadası göndərilib, hazırda yanğın zonasında yerləşən “Paskalinett” kempinqinin evakuasiyası həyata keçirilir. Kempinqdə olan qonaqların sayı açıqlanmır.

100 hektar ərazini əhatə etmiş yanğının sahəsi güclü külək səbəbindən getdikcə daha da genişlənir. Yanğının söndürülməsinə hazırda 200 nəfər cəlb edilib, əlavə qüvvələrin göndərildiyi qeyd olunur. Gecə vaxtı olduğundan yanğınsöndürən helikopter və təyyarələrin cəlb edilməsi mümkünsüzdür. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti