ABŞ və Qazaxıstan prezidentləri arasında telefon danışığı olub

2-09-2017, 12:31
Oxunub: 46
Tərəflər Cənubi Asiyada vəziyyət və ABŞ-ın bölgədə yeni strategiyasını müzakirə ediblər


ABŞ prezidenti Donald Tramp və Qazaxıstan prezidenti Nursultan Nazarbayev arasında telefon danışığı olub.

APA-nın xəbərinə görə, bu barədə Ağ Evin mətbuat xidməti açıqlama yayıb.

Məlumata əsasən, söhbət zamanı tərəflər Cənubi Asiyada vəziyyət və ABŞ-ın bölgədə yeni strategiyasını müzakirə ediblər. Həmçinin diqqət mərkəzində Qazaxıstanın 2018-ci ilin yanvarında BMT Təhlükəsizlik Şurasında sədrliyi və Astanada “Expo-2017” beynəlxalq sərginin keçirilməsi olub.

Qeyd edək ki, bu günlərdə ABŞ Cənubi Asiya, xüsusilə Əfqanıstana dair yeni strategiyanın qəbul edildiyini bəyan edib. Yeni siyasət Əfqanıstanda münaqişənin həllində Pakistan və Hindistanın fəal iştirakını nəzərdə tutur. Eyni zamanda, ABŞ Əfqanıstanda hərbi qüvvələrinin sayını artırıb. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti