"Qarabağ” PAOK-un braziliyalı futbolçusunu transfer edib

1-09-2017, 19:51
Oxunub: 141
27 yaşlı futbolçu həm sol cinah yarımmüdafiəçisi, həm də hücumçu kimi çıxış edir


Yay "transfer pəncərəsi”nin son günündə "Qarabağ” növbəti futbolçu transferini həyata keçirib.

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Yunanıstanın PAOK klubunda çıxış edən Pedro Enrike bu mövsümü icarə əsasında Azərbaycan təmsilçisinin heyətində keçirəcək.

27 yaşlı futbolçu həm sol cinah yarımmüdafiəçisi, həm də hücumçu kimi çıxış edir.

Qeyd edək ki, daha öncə İsveçrənin "Sürix” klubunda da oynamış braziliyalı vinger 2016-cı ildə Fransanın "Renn” klubundan PAOK-a keçib. Braziliyalı oyunçu Saloniki klubunda 23 oyunda 6 qol vurub.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti