Niyə planetimiz 100000 ildən bir buz dövrü yaşayır? - Araşdırma

31-08-2017, 14:55
Oxunub: 802
Orta Buz Dövrünə keçid olaraq adlandırılan bu dövrlərin intervalı 40000 ildən 100000 ilə qədər dəyişir


Kardiff Universitetinin mütəxəssisləri planetimizdə hər 100000 ildən bir buz dövrünün baş verməsinə açıqlama gətiriblər. 100000 ilin problemi olaraq adlandırılan bu sirli hadisə keçmiş milyonlarla ildə  meydana gəlib və elm bunun niyə baş verdiyini açıqlaya bilməyib.

Planetimizdə buz dövrləri hər 40000 ildən bir meydana gəlir. Dünya iqlimi nəzərə çarpacaq dərəcədə dəyişdiyi üçün bu vəziyyət elm insanlarına məntiqli gəldi. Bu dövrlərdən sonra hər dəfə yay daha da soyuq keçirdi.

Ancaq milyonlarla il əvvəl Orta Buz Dövrünə keçid olaraq adlandırılan bu dövrlərin intervalı 40000 ildən 100000 ilə qədər dəyişir.

“Geology” adlı jurnalda yayımlanan yeni araşdırma bu dəyişikliyin səbəninin okeanlar olduğu və bunun, xüsusilə, atmosferdəki karbondioksidi mənimsəyərək etdikləri fikri açıqlandı. Həmin araşdırma qrupu okean dibindəki fosillərin kimyəvi tərkibini araşdıraraq müəyyən edilmiş intervallarda, hər 100000 ildən bir baş verən buz dövrlərində dəniz diblərində karbondioksidin (CO2) miqdarının daha çox olduğu müəyyən edildi.

Buna belə bir izah verdilər ki, okean diblərindəki karbondioksid əvəllər atmosferdə olub, ancaq indi okeanlardadır. Okeanlar dünya iqlimi temperaturunu aşağı salaraq geniş buz təbəqəsinə sahib Şimal yarımkürəsini içinə çəkir.

Araşdırmanın baş yazarı “School of Earth and Ocean Sciences”dən professor Karri Ler bu şəkildə izah edir: “Okeanların karbondioksidi mənimsəyib yenidən geri verdiyini düşünə bilərik. Okeanlar karbondioksidi atmosferdən mənimsədiyində buz lövhələri genişlənir, planet daha soyuq hala gəlir. Okeanlar karbondioksidi atmosferə geri verdikdə buz lövhələri kiçilir və atmosferdə karbondioksidin miqdarı artır. Atmosferdə artan karbondioksid isə istini mənimsəyərək havanın qızmasına səbəb olur.

Okean dibindəki kiçik canlıların fosillərini nəzərdən keçirdikdə, okendakı buz lövhələr hər 100000 ildə həcminin genişlənib-kiçildiyində, okeanların soyuq dövrlərdə daha çox karbondioksidi mənimsədiyini müəyyən etdik. Bu da o dövrlərdə atmosferdə daha az karbondioksidin olduğunu göstərir”.

Dəniz yosunları fotosintezin əsas iştirakçısı olduğu üçün atmosferdən karbondioksidin udulmasında geniş rol oynayır. Dərin okean suları “yüksəlmə” adı verilən proses nəticəsində səhtə çıxdıqda karbondioksid yenidən atmosferə qayıdır. Lakin səhtdə çox sayda dəniz buzu olduğundan, bu təbəqə karbondioksidin atmosferə ötürülməsinin qarşısını alır və buz təbəqələrinin daha çox böyüməsinə səbəb olur. Məhz bu vəziyyət buz dövrünü uzadan faktırdır.

“Okeanların karbondioksidi mənimsəməsi və geri ötürməsini düşünsək, səhtdə böyük sayda buzun varlığı bir qapaq kimi hərəkət edir. Okeanın səhtindəki nəhəng bir qapaq...”, - deyə davam edir sözlərinə, professor Ler.

Hal hazırda dünyanın iqlimi buz dövrləri arasındakı isti dövrdədir. Son buz dövrü 11000 il əvvəl başa çatıb. O zamandan bu dövrə qədər istilər və dəniz səviyyəsi qalxıb, buzlar isə qütblərə doğru geri çəkilib. Bu təbii dövranlarla əlavə olaraq da antropogen mənbələrdən karbon emissiyaları iqlimin temperaturunun artmasında böyük təsir yaradır.

Tərcümə edən: Ramilə Heydərova
Etatist.com
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti