“Harvi” qasırğası ABŞ-a 160 milyard dollar ziyan vura bilər

31-08-2017, 13:45
Oxunub: 412
Qasırğanın fəsadları Texas ştatının iqtisadiyyatına, biznes, əmək bazarı və şirkətlərin gəlirlərinə ciddi təsir göstərəcək


ABŞ-ın Texas ştatında “Harvi” qasırğasının vurduğu ziyan  160 milyard dollara çata bilər. Bu isə ölkənin UDM-nun təxminən 1%-ə bərabərdir.

APA-nın xəbərinə görə, bu barədə “USA Today” qəzeti yazıb.

Məlumata əsasən, qasırğanın fəsadları Texas ştatının iqtisadiyyatına, o cümlədən biznes, əmək bazarı və şirkətlərin gəlirlərinə ciddi təsir göstərəcək. Dəyən zərərin miqdarı 2005-ci ildə “Katrina” və 2007-ci ildə “Sendi” qasırğalarının vurduğu birgə ziyanı üstələyə bilər.

Qeyd edək ki, ABŞ-ın Texas ştatında "Harvi" qasırğası nəticəsində baş verən daşqınlar nəticəsində azı 30 nəfər ölüb, 30 min nəfər müvəqqəti sığınacaqlara yerləşdirilib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti