Texasda qasırğa 48 min evə ziyan vurub

31-08-2017, 13:10
Oxunub: 402
17 min evə ciddi, 32 mininə isə yüngül ziyan dəyib


ABŞ-ın Texas ştatında baş verən “Harvi” qasırğası 48 min evə ziyan vurub.

APA-nın “AP” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ştatın ictimai təhlükəsizlik departamentinin hesabatında bildirilir.

Hesabata görə, ştatda min yaşayış evi tamamilə dağılıb, 17 min evə ciddi, 32 mininə isə yüngül ziyan dəyib. Departament yaxın günlərdə təbii fəlakətdən ziyan görən binaların sayının artacağını istisna etməyib.

Qeyd edək ki, ABŞ-ın Texas ştatında daşqınlar zamanı ölənlərin sayı 30-a çatıb. “Harvi” son 12 ildə ABŞ-da qeydə alınan ən güclü qasırğa olub.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti