"Tanrı bəzən hər şeydir, bəzən heç nə" - OXUCUDAN MÜSAHİBƏ

31-08-2017, 12:28
Oxunub: 1130
"Təbiət özü də mərhəmətsizdir"


"Kitabıstan"ın oxucudan müsahibə layihəsinin bu dəfəki qonağı Milli Fikir Mərkəzinin üzvü Toğrul Nəcəfovdur.

Etatist.com sözügedən müshaibəni təqdim edir:

- Kitabıstan layihəsi ilə tanışsınız?
- Bəli, tanışam. Heç bir səhifənin etmədiyi yeniliklər edirsiniz.

- Oxuduğunuz ilk kitabı xatırlayırsınız?
- Yadımdadır, Kafkanın "Çevrilmә"sini oxumuşdum. Vaxt itkisi olub. Heç nә oxumamaqdan yaxşıdır mәncә.

- "Mərhəmət hissi təbiətə xəyanətdir" fikrilə razısınız?
- Әlbәttә razıyam. Çünki təbiətin özü də mərhəmətsizdir. Hәyatın özü mübarizәdir, mübarizә olan yerdә mәrhәmәt olmamalıdır. Mәrhәmәt qarşındakının halına acımaqdır. 

- Bəzi məqamlar olur ki, özündən vaz keçmək lazım olur. Bəs sizin elə anlarınız olub?
- Mәn ciddi mәqamların hamısın da özümdәn keçmişәm. Amma yenә dә deyim, ciddi mәqamlarda. Ciddiliyi dә mәnim o vәziyyәtә olan öz baxışım müәyyәn edir. Yәni mәnә görә ciddi kimi qiymәtlәndirdiyim bir şey, digәr biri üçün qeyri-ciddi görünә bilәr. Uzun- uzadı danışmağı sevmirәm (Gülür).

- Azərbaycan maarifçilərindən kimin fəaliyyətini müsbət qiymətləndirirsiniz?
- Oxumuram, ona görə də qiymətləndirmirəm.

- Niyə oxumamısınız?
- Bəyənmirəm, ona görə. Oxumamışam deyəndə ümumiyyətlə oxumamağı nəzərdə tutmuram. Hər halda məktəbdə hər birimiz onlar haqqında oxumuşuq.

- Sizcə kitab oxumaq insan həyatında nə dərəcədə mühüm rol oynayır?
- Baxır oxuduğun kitaba. Sadәcә "oxuyacaqsansa" rol oynaya bilmәz.

- Tanrı nədir?
- Bәzi vaxtlar hәr şey, bәzi vaxtlar da heç nә. Ənәnәyә sadiq olaraq yenә qısa cavab vermәyi seçirәm.

- Müasir Azərbaycan ədəbiyyatından kimləri bəyənirsiniz?
- Bu haqda da heç nə deyə bilməyəcəm. Çünki müasir yazarlardan da heç kimi oxumamışam.

- Özünüzü Kitabıstan vətəndaşı hesab edirsiniz?
- Әlbәttә ki.

Günay Aydın
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti