Prezident Malayziyanın XV Ali Başçısını təbrik edib

30-08-2017, 18:56
Oxunub: 297
Dost Malayziya xalqına daim əmin-amanlıq və firavanlıq diləyib


Prezident İlham ƏliyevMalayziyanın XV Ali Başçısı Sultan V Məhəmmədə ölkəsinin milli bayramı - Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib.

APA-nın xəbərinə görə, dövlət başçısı Azərbaycanla Malayziya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin xalqların mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcəyinə və genişlənəcəyinə inandığını bildirib. O, bu əlamətdar gündə Malayziyanın XV Ali Başçısına möhkəm cansağlığı və xoşbəxtlik, dost Malayziya xalqına daim əmin-amanlıq və firavanlıq diləyib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti