Ana və qızını maşınla vurub qaçan kimdi?

10-12-2012, 10:56
Oxunub: 1233


"Koroğlu” metrostansiyasının yaxınlığında iki piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Qəza zamanı Binəqədi rayon sakinləri 1967-ci il təvəllüdlü Rübabə Rzayeva və onun qızı 19 yaşlı Gülgəz Yusifova naməlum avtomaşının zərbəsi ilə üzləşib. Qəzadan sonra hər iki yaralı 1 saylı şəhər klinik xəstəxanasına çatdırpılıb. 

  

Yaralılardan ana Rübabə Rzayevanın vəziyyəti ağır olduğundan o, dərhal əməliyyat otağına qaldırılıb. Hazırda yaralı xəstəxananın reanimasiya şöbəsində müalicəsini davam etdirir. Digər yaralı Gülgəz Yusifovanın xəsarətləri isə yüngül olduğundan ona həkimlər tərəfindən ambulator müalicə təyin olunub.
Yol nəqliyyat hadisəsinin səbəbləri isə Nizami rayon polis idarəsinin əməkdaşları tərəfindən araşdırılr. Hazırda piyadaları vuraraq hadisə yerindən yerindən yayınan sürücünün kimliyi aydınlaşdırılır.
Musavat.com
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti