Elmar Məmmədyarov Tacikistanın yeni səfirini qəbul edib

29-08-2017, 18:40
Oxunub: 45
Görüşdə səfir etimadnaməsinin surətini nazirə təqdim etdi


Xarici işlər naziri Elmar Məmmədyarov Tacikistan Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Soli Rüstəmi qəbul edib.

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə səfir etimadnaməsinin surətini nazirə təqdim etdi.

S. Rüstəm ölkəsinin bütün sahələrdə Azərbaycanla əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edərək, diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

E. Məmmədyarov S. Rüstəmə diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti