Bakıda film festivalı keçirilib

28-08-2017, 19:15
Oxunub: 361
"İnsanlar filmləri təqdim etsinlər deyə biz yerli “filmmaker”lər üçün qısa metrajlı filmlər təqdim etdik"


Avqustun 24-də tarixdə "Doku Baku" film festivalı öncəsi iki filmin təqdimatı keçirilib.

Festivalın ideya müəllifi İmam Həsənov Etatist.com-a açıqlamasında növbəti festivalın 12-20 oktyabr tarixlərində baş tutacaq.

- Zəhmət olmasa film festivalı haqqında danışardınız, necə olacaq, sizə kimlər müraciət edə bilər, nə vaxta qədər davam edəcək, müraciət etmək istəyənlər hara gəlməlidir?
- Festival “Doku Baku” adlanır. “Doku Baku” bu il 12-20 oktyabr arası keçiriləcək. Bu ilk beynəlxalq sənədli film festivalıdır. Hal-hazırda keçirdiyimiz nümayişlər isə festival qabağı nümayişlər adlanır. Bu isə tamaşaçıları festivala hazırlamaq üçündür. Yəni sənədli film nədir, necə olur. Müxtəlif janrlı sənədli filmlər göstəririk, bu da bizi sevindirir. Əlbəttə ki, insanlar da öz maraqlarını göstərirlər, gəlirlər. Qeyd etdiyim kimi festival 12-20 oktyabrda olacaq. Burada xarici sənədli filmlər var, onlar tam metrajlı olmaqla təxminnən 17 filmdir. Qısa sənədli filmlər olacaq ki, bu yerli “filmmaker”lər üçündür. Onlar məsələn, 2015-2017-ci illər arasında olmalı filmlər təqdim edə bilərlər. Vaxt müddəti 52 dəqiqəyə qədərdir.

İnsanlar filmləri təqdim etsinlər deyə biz yerli “filmmaker”lər üçün qısa metrajlı filmlər təqdim etdik. Hal hazırda sentyabrın 15-ə qədər vaxt var, filmləri təqim edə bilərlər. Bundan başqa, biz xaricdən üç nəfər xarici münsif dəvət edəcəyik ki, onlar hərəsi bir festivalın film fondunun nümayəndəsidir. Tam metrajlı filmlər xarici filmlərdir ki, onların rejissorları, prodüserlərini dəvət etmişik.

Bakıda film festivalı keçirilib

- Bəs siz həmin şəxsləri filmə dəvət etdikdə onlar arasında müsabiqə olacaq və qonorar alacaqlar? 

- Bu müsabiqə yalnız qısa metrajlı yerli filmlər üçündür. Tam metrajlı filmlər üçün müsabiqə elan etməmişik. Gələn ay qaliblər haqqında da məlumat verəcəyik, saytımızda yerləşdirəcəyik (dokubaku.org), oradan və “facebook”dan bizi izləyə bilərlər. Qaliblərə mükafat verilməsi nəzərdə tutulub. “Tolerans” kimi başqa bir film festivalı da olacaq.

Bundan başqa, bizdə könüllülərə müraciət bölməsi də var. Bizə çoxlu könüllü lazımdır ki, onlar bizə könüllü şəkildə kömək edə bilsinlər. Çünki paralel vaxtda 6-7 məkanda filmlər göstərəcəyik. Orada bizə lazımdır ki, könüllülər insanlara yol göstərsin, qarşılasınlar və s. Bu mənada kimin arzusu, istəyi varsa, bizə müraciət edə bilər.
Vəli Şükürov
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti