Ucarda yanğın olub

28-08-2017, 16:51
Oxunub: 138
Yanğının yaxınlıqdakı meşə ərazisinə keçməsinin qarşısı alınıb


Ucar rayonunda yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün səhər saatlarında rayonun Qazyan kəndində kənd bələdiyyəsinə məxsus 1.5 hektar ərazidə kol-kos, yulğun və qamışlıq yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ucar Rayon Yanğından Mühafizə hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. 

Yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülüb, yanğının yaxınlıqdakı meşə ərazisinə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti