Nazir Ramin Quluzadə Göygöldə vətəndaşları qəbul edəcək

28-08-2017, 15:51
Oxunub: 124
Qəbula gəlmək istəyən vətəndaşlar nəqliyyat vasitələri ilə təmin olunacaqlar


Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə avqustun 31-də saat 12:00-da Göygöl şəhərində Göygöl, Goranboy, Daşkəsən, Samux, Kəlbəcər, Xocalırayonlarının, Gəncə və Naftalan şəhərlərinin sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, vətəndaşlar “mincom@mincom.gov.az” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur)  əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün vətəndaşların aşağıda göstərilən nömrələrə zəng etmələri xahiş olunur.

Göygöl rayonunda                 02220 55013

Gəncə şəhərində                   02225 71617

Naftalan şəhərində                02235 22106

Goranboy rayonunda             02224 52106

Samux rayonunda                 02227 51199

Daşkəsən rayonunda             02221 53020

Kəlbəcər rayonu üzrə            02226 75099

Xocalı rayonu üzrə                02235 21698
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti