Mbappe 180 milyon avroya “PSJ”-yə keçə bilər

28-08-2017, 12:48
Oxunub: 271
Klublar arasında 18 yaşlı futbolçunun transferinə dair razılıq əldə olunub


“Monako”nun hücumçusu Kilian Mbappe Fransanın “PSJ” klubuna  keçməyə yaxındı.

APA-nın BFM TV-yə istinadən verdiyi xəbərə görə, klublar arasında 18 yaşlı futbolçunun transferinə dair razılıq əldə olunub.

Paris klubu futbolçunun transferi üçün “Monako”ya 180 milyon avro ödəməlidir.

Müqavilə imzalandıqdan sonra K.Mbappe braziliyalı Neymardan sonra futbol tarixində ikinci ən bahalı futbolçu ola bilər. Qeyd edək ki, “yay transfer "pəncərə"si avqustun 31-də bağlanacaq.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti