ABŞ-ın Texas ştatı təbii fəlakət zonası elan edilib

26-08-2017, 14:41
Oxunub: 864
Dördüncü kateqoriyaya qədər güclənən “Harvi” qasırğası ABŞ-ın Texas ştatına çatıb


ABŞ prezidenti Donald Tramp “Harvi” qasırğası ilə əlaqədar Texas ştatının təbii fəlakət zonası elan edib.

APA-nın xəbərinə görə, bu barədə D.Tramp özünün “Tvitter” səhifəsində yazıb.

“Texas ştatı qubernatorunun sorğusuna əsasən müvafiq sənəd imzaladım. Texas ştatı təbii fəlakət zonası elan edilir.  Bu, ştata federal hökumətin tam dəstəyini təmin edəcək”, Tramp yazıb.

Dördüncü kateqoriyaya qədər güclənən “Harvi” qasırğası ABŞ-ın Texas ştatına çatıb. Qasırğa artıq yaşayış məntəqələrinin birində fəsadlar törədib.  

“Harvi” son 12 ildə ABŞ-da qeydə alınan ən güclü qasırğadır. 2005-ci ildə beşinci kateqoriyalı “Katrina” qasırğası Luiziana ştatının Yeni Orlean şəhərinin 80%-i  su altında qoymuşdu. Təbii fəlakət nəticəsində 2 000  nəfər ölmüş, daha 1 milyonadək insan evini tərk etməyə məcbur olmuşdu.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti