Elxan Poluxov etimadnaməsini Surinam prezidentinə təqdim edib

25-08-2017, 19:25
Oxunub: 131
Səfir Poluxova işində uğurlar arzulayıb


Azərbaycanın Surinamdakı fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov etimadnaməsini ölkə prezidenti Desire Delano Bouterseye təqdim edib. 

Azərbaycanın Braziliyadakı səfirliyindən Report-a verilən məlumata görə, görüş zamanı prezident Bouterse ölkə rəhbərliyi və Azərbaycan xalqına öz səmimi salamlarını çatdıraraq ölkələr arasında hər bir sahədə əlaqələrin inkişafı üçün geniş imkanların olduğunu söyləyib və səfir Poluxova işində uğurlar arzulayıb.

E.Poluxov Prezident İlham Əliyevin həmkarına qarşılıqlı salamlarını çatdıraraq Surinam Respublikasında səfir olmasından məmnun olduğunu və tutduğu vəzifədə ölkələr arasında münasibətlərin daha da genişlənməsi və dərinləşməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

Sonra səfir Poluxov Surinam prezidentinə ölkəmiz haqqında ətraflı məlumat verərək ikitərəfli münasibətlər ətrafında müzakirə aparıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti