Hüseyn Bağırov Yardımlıda qəbul keçirəcək

25-08-2017, 14:11
Oxunub: 215
Nazir Yardımlı, Lənkəran, Astara, Masallı və Lerik rayonlarında yaşayan vətəndaşları qəbul edəcək


Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov sentyabrın 8-də saat 10:00-da Yardımlı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Əliyev prospekti 167) Yardımlı, Lənkəran, Astara, Masallı və Lerik rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün info@eco.gov.az və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin 1 saylı ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi ilə əlaqə saxlamaları (ünvan: Lənkəran şəhəri, Fizuli küçəsi 75, əlaqə telefonları: 012-585-50-73, 050-275-37-75, 050-369-20-77) xahiş olunur.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti