Bu gün Xətai rayonunun bir hissəsində qaz təchizatı məhdudlaşdırılacaq

25-08-2017, 12:28
Oxunub: 398
Görülən işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək


Bu gün Bakı şəhəri Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İstehsalat Birliyindən “APA-Economics”ə verilən məlumata görə, Xətai rayonu, N.Tusi küçəsi 2942 “V” saylı ünvanda yerləşən “AKFA-Tikinti” MTK-ya məxsus 210 mənzilli yaşayış binasına yeni çəkilmiş orta təzyiqli qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar, avqustun 25-də saat 10:00-dan işlər yekunlaşanadək Xətai rayonu, Gəncə, Babək prospektləri, Kombinat, Şirvani, X. Məmmədov, Əhmədli kəndi, İnqilab İsmayılov və Mehmandarov küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Görülən işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.

“Azəriqaz” yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti