Vergilər Nazirliyində Cənubi Koreyanın Azərbaycandakı səfiri ilə görüş keçirilib

24-08-2017, 16:50
Oxunub: 295
Görüşdə KOICA-nın Azərbaycan ofisinin direktoru Choi Yeon Jae də iştirak edib


Vergilər Nazirliyində, nazir müavini Ilkin Vəliyevin Cəbuni Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-gyunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü keçirilib.

Report nazirliyə istinadən xəbər verir ki, görüşdə nazir müavini iki ölkə arasında münasibətlərin və ikitərəfli əlaqələrin günü-gündən genişləndiyini qeyd edib.

O, Azərbaycanın vergi sistemi, iqtisadi sahədə, o cümlədən vergi orqanlarında həyata keçirilən islahatlar barədə qonaqlara ətraflı məlumat verib və bildirib ki, Azərbaycan regionun iqtisadi coğrafiyasında mühüm yer tutur, ölkədə xarici investisiyaların yatırımı üçün əlverişli şərait yaradılıb, investorlar üçün iqtisadiyyatın bir çox sektorlarında vergi güzəştləri mövcuddur. Azərbaycan Koreya şirkətlərinin ölkədə fəaliyyət göstərməsində maraqlıdır.

K.Çanq-gyu isə ölkələr arasındakı əlaqələrdən məmnunluğunu ifadə edib. Səfir Azərbaycanda gedən inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını qeyd edib, Cənubi Koreyanın Azərbaycanla ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayıb.

Görüşdə ölkələr arasında əməkdaşlığın sərmayə qoyuluşu, yüksək texnologiyalar, sənaye, kənd təsərrüfatı, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrlə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb, nazirliklə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Görüşdə KOICA-nın Azərbaycan ofisinin direktoru Choi Yeon Jae də iştirak edib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti