Macarıstanın Azərbaycandakı səfirliyi viza verilməsini dayandırıb

23-08-2017, 19:18
Oxunub: 39
Uzunmüddətli Şengen vizalar (D) üçün ərizəçilər Macarıstanın Tbilisidəki (Gürcüstan) səfirliyinə müraciət edə bilərlər


Yaranmış "fors-major" vəziyyətlə əlaqədar olaraq Macarıstanın Azərbaycandakı səfirliyinin Konsulluq şöbəsi müvəqqəti olaraq viza qəbulunu həyata keçirə bilmir.

Bu barədə APA-ya səfirlikdən məlumat verilib.

Bildirilir ki, uzunmüddətli Şengen vizalar (D) üçün ərizəçilər Macarıstanın Tbilisidəki (Gürcüstan) səfirliyinə müraciət edə bilərlər: “Hazırda səfirlik yaranmış "fors-major" vəziyyətdən öncə olunan müraciətlərin baxılması ilə məşğuldur. Konsulluq ilə bağlı yaranmış vəziyyətə dair məlumatlar müntəzəm olaraq səfirliyin saytında yenilənir. Ərizəçilər konsulluq şöbəsinin fəaliyyətinin bərpasından sonra yenidən viza üçün müraciət edə bilərlər”.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti