Dövlət qulluğuna qəbulla bağlı müsabiqənin vaxtı açıqlanıb

23-08-2017, 17:46
Oxunub: 50
"Vətəndaşlara xidmət göstərmək və maarifləndirmək məqsədilə regionlarda əməkdaşların sayını artıracağıq”


Azərbaycanda dövlət qulluğuna qəbulla bağlı keçiriləcək müsabiqənin vaxtı açıqlanıb.

APA-nın xəbərinə görə, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “ASAN Radio”ya müsahibəsində bildirib ki, müsabiqənin - sertifikasiya ilə əlaqədar olan ilk imtahanların oktyabr ayının sonlarında keçirilməsi nəzərdə tutulur. O deyib ki, imtahanların tarixini elan etməzdən əvvəl dövlət qurumlarından vakant yerlər əldə olunmalıdır: “Bu ayın sonuna kimi müxtəlif dövlət qurumlarından bu məlumatlar Dövlət İmtahan Mərkəzinə daxil olarsa, sentyabrda dəqiq tarixi elan edə biləcəyik. Dövlət qulluğuna qəbulla bağlı təşkil ediləcək müsabiqədən əvvəl onlayn sınaq imtahanları keçiriləcək. Həmin imtahanların sentyabrın sonlarında təşkili nəzərdə tutulur”.

M. Abbaszadə Dövlət İmtahan Mərkəzində struktur dəyişikliklərinin həyata keçiriləcəyini də açıqlayıb: “Hazırda bizim cəmi 8 bölgədə regional şöbələrimiz var və onlar bütün ölkəni əhatə edir. Amma hiss edirik ki, regionda bölmələrin sayını artırmalıyıq. Hazırda Dövlət İmtahan Mərkəzi təsərrüfat hesablı təşkilatdır deyə bölmələrin artırılması öz imkanımızdan asılıdır. Vətəndaşlara xidmət göstərmək və maarifləndirmək məqsədilə regionlarda əməkdaşların sayını artıracağıq”.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti