Azərbaycan səfiri Kvemo Kartli qubernatoru ilə görüşüb

23-08-2017, 16:21
Oxunub: 369
Q.Nemsadze meşə yanğınlarının söndürülməsində göstərdiyi ilk yardıma görə öz minnətdarlığını bildirib


Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov Gürcüstanda azərbaycanlıların sıx məskunlaşdığı Kvemo Kartli bölgəsinin qubernatoru Qriqol Nemsadze ilə görüşüb.  

Səfirlikdən APA-nın Gürcüstan bürosuna verilən məlumata əsasən, səfir Q.Nemsadzeni Kvemo Kartli bölgəsinin qubernatoru vəzifəsində fəaliyyətinin ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da inkişafına təkan verəcəyinə ümid bəslədiyini bildirib.

Q.Nemsadze ilk öncə Azərbaycan Respublikasının Prezidentinə və dövlətinə Gürcüstanın Borjomi-Xaraqauli qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsində göstərdiyi ilk yardıma görə öz minnətdarlığını bildirib.
 
Görüş zamanı, həmçinin Kvemo Kartli bölgəsində yaşayan soydaşlarımızın qayğıları daim Azərbaycan və Gürcüstan dövlətləri üçün prioritet məsələlərdən biri olduğu vurğulanıb. İlin sonuna qədər soydaşlarımızın kompakt yaşadığı ərazilərdə kütləvi mədəni tədbirlərin keçirilməsi və Kvemo Kartli bölgəsində planlaşdırılan digər layihələr müzakirə olunub.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti