Elmar Məmmədyarov Sudan səfirini qəbul edib

23-08-2017, 15:54
Oxunub: 214
Görüşdə bu il Azərbaycan və Sudan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd olunduğu xüsusilə vurğulanıb


Xarici işlər naziri Elmar Məmmədyarov Sudanın Azərbaycandakı səfiri Mohamed Elias Mohamed əl-Haqı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfir Mohamed Elias Mohamed əl-Haq diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və bu dövr ərzində iki ölkə arasında dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəmədiyini vurğulayıb.

Görüşdə bu il Azərbaycan və Sudan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd olunduğu xüsusilə vurğulanıb.

Elmar Məmmədyarov Azərbaycan və Sudan arasında ikitərəfli, həmçinin müxtəlif beynəlxalq təşkilatlar, xüsusilə BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın inkişafına verdiyi töhfələrinə görə səfir Mohamed Elias Mohamed əl-Haqa təşəkkürü edib və gələcək fəaliyyətində ona uğurlar arzulayıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti