Dünya çempionunu öldürən azərbaycanlının saxlanılması üçün mükafat təyin edilib

23-08-2017, 15:26
Oxunub: 33
1991-ci il təvəllüdlü Anar Allahverənov axtarışdadır


Rusiya Daxili İşlər Nazirliyinin Xabarovsk vilayəti üzrə idarəsi pauerliftinq üzrə dünya çempionu Andrey Draçyovu öldürən azərbaycanlının yeri barədə məlumatın müqabilində 500 min rubl (14 min manatdan artıq) pul mükafatı təyin edib.

APA-nın xəbərinə görə, bu barədə idarənin saytında məlumat verilib. Məlumatda bildirilir ki, qəsdən adam öldürmə maddəsi ilə 1991-ci il təvəllüdlü Anar Allahverənov axtarışdadır. Mükafat federal axtarışa verilmiş bu şəxsin saxlanılmasına kömək edəcək informasiyaya görə veriləcək. Güc strukturu məlumat verən şəxsin kimliyinin gizli saxlanılacağına zəmanət verir.

Qeyd edək ki, avqustun 20-də azərbaycanlı döyüş ustası Anar Allahverənov ona “çuşka” dediyi üçün pauerliftinq üzrə dünya çempionu Andrey Draçyovu döyərək öldürüb. Ölüm anı müşahidə kameralarında qeydə alınıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti